İngiltərə Premyer Liqası klubu futbolçuları ilə yeni anlaşma danışıqları edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Fabrizio Romano açıqlama verib. O, "Liverpul"un oyunçuları Vircil Van DeykFabinyo ilə yeni müqavilə bağlamağa hazırlaşdığını qeyd edib. Danışıqların 2021-ci ilin mart ayından etibarən başlayacağı deyilir.

Xatırladaq ki, adı çəkilən futbolçular zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıblar. Buna baxmayaraq, "qırmızılar" dəyərli futbolçuları ilə razılaşmanı yeniləməyə tam hazırdırlar.