Qaret Beyl "Tottenhem"in futbolçusuna çevrilə bilər.

Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, İngiltərə təmsilçisi bu niyyətlə "Real"a müraciət etməyi planlaşdırır. İş burasındadır ki, Beyl bu il sentyabrın 19-da icarə əsasında "Real"dan "Tottenhem"ə keçmişdi. Premyer-liqa klubu təcrübəli yarımmüdafiəçinin transfer hüquqlarına sahib olmaq niyyətindədir. Londonlular koronavirusun İspaniya futboluna vurduğu maddi zərbə fonunda şansdan maksimum yararlanmaq istəyir.

Qeyd edək ki, Beyl 2013-cü ildə 101 milyon avro qarşılığında "Real"a məhz "Tottenhem"dən keçmişdi.