İspaniyalı yarımmüdafiəçi 2020/21 mövsümünü icarə əsasında İngiltərə Premyer Liqası klubunda keçirəcək.

Offsideplus.az xəbər verir ki, "Real Madrid"in oyunçusu Dani Sebalyos 2019-20 mövsümünü icarə əsasında "Arsenal"da başa vurub. Sebalyosun çıxışından razı qalan "Arsenal" oyunçu ilə növbəti mövsüm üçün də razılaşıb. 

24 yaşlı ispaniyalı oyunçu "Arsenal"ın heyətində 37 oyunda iştirak edib.