“Vulverhempton” klubu yığmamızın üzvü Renat Dadaşovu icarəyə göndərib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı forvard İsveçrənin “Qrasshoppers” klubuna keçib. Birinci divizion təmsilçisi Dadaşovla 1 illik icarə müqaviləsi imzalandığını açıqlayıb.

Qeyd edək ki, R. Dadaşov 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə imzalayıb.