"Benfika" klubu "Tottenhem"dən ayrıldıqdan sonra azad agent olan Yan Vertongen ilə bütün şərtlərdə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, oyunçu ilə 3 illik müqavilə imzalanacaq.

Yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Vertongenin adı həmçinin "İnter", "Napoli", "Valensiya", "Roma", "Sevilya" klubları ilə hallanırdı. Lakin 2019-2020 mövsümünü liqada "Porto"nun ardından ikinci pillədə başa vuran "Benfika" klubu oyunçu ilə razılığa gəlib.