Son Premyer Liqa çempionu "Liverpul"un heyətində daha iki ayrılıq yaşanmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, bu günlərdə Adam Lallananın "Brayton"a keçidinin ardından daha iki futbolçu komandadan getməyə namizəddir.

Sözügedən oyunçular Divok Origi və Cerdan Şakiridir.

Baş məşqçi Yurgen Klopp bu futbolçuları sərəncamında görmək niyyətində deyil.

Artıq Origi və Şakirinin satışa çıxarıldığı bildirilir.