İngiltərənin "Koventri" klubu yığma komandamızın hücumçusu Renat Dadaşovun transferində israrlıdır.

Offsideplus.az xəbər verir ki, 1-ci liqa təmsilçisinin baş məşqçisi Mark Robins rəhbərlikdən "Vulverhempton"da çıxış edən futbolçumuzun keçidini həll etməyi xahiş edib. Mütəxəssis 21 yaşlı forvardı öz sərəncamında görmək istəyir.

"Koventri" rəhbərliyi Premyer Liqa klubuna təklif göndərməyə hazırlaşır. Belə ki, klub Dadaşovu icarəyə götürmək niyyətindədir.

Ancaq bu keçid baş tutumaya da bilər. Çünki  "Vulverhempton"un portuqaliyalı baş məşqçisi Nuno Eşpirito Santo yığmamızın üzvünü əsas komandaya cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, həmyerlimiz 2019-cu ildə "Eştoril"dən "Vulverhempton"a transfer edilib. Renat Dadaşov daha sonra Portuqaliyanın "Pakuş de Ferreyra" klubuna icarəyə verilmişdi.