"Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını İngiltərənin "Koventri" klubunda davam etdirə bilər.

Offsideplus.az "Coventrytelegraph" nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki, əsas komandada debüt etməyib. Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. İkinci yarıda isə klubun u-23 komandasında çıxış edib.