“Vulverhempton" hücumçusu Raul Ximenesin satış qiymətini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı forvardı heyətinə qatmaq istəyən 100 milyon avro ödəməlidir. Meksikalı futbolçu ilə“Yuventus”un və "Real Madrid"in yaxından maraqlandığı vurğulanıb.
Raul Ximenes daha əvvəlki açıqlamasında “Real” və ya “Barselona”dan təklif gəldiyi təqdirdə, bu fürsəti qaçırmayacağını söyləyib.
Qeyd edək ki, millimizin hücumçusu Renat Dadaşov da Premyer Liqa klubunun formasını geyinir. O, hələ ki komandanın əsas heyətinə düşə bilməyib.