İngiltərənin "Vulverhempton" hücumçusu Leo Bonatini ilə yolları ayırmağa qərar verib.

Offsideplus.az xəbər verir ki, hazırda icarə əsasında "Gimaraeş"də çıxış edən braziliyalı forvardı Portuqaliya klubu saxlamaq niyyətində deyil. Premyer Liqa təmsilçisinin baş məşqçisi Nuno Eşpirito Santo da 26 yaşlı oyunçunun qaytarılmasını istəmir.

Portuqaliyalı mütəxəssis gələn mövsüm ixtiyarında 3 ön xətt oyunçunun - Raul Ximenes, həmçinin Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Leonardo Kampanya olmasını qətiləşdirib. 

Qeyd edək ki, "Vulverhempton" hazırda 46 xalla Premyer Liqada 6-cı pillədədir.