"Mançester Siti"nin kapitanı Vensan Kompani uzun müddətə sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, İngiltərə Premyer Liqasının 20-ci turunda "Nyukasl"la matçda (1:0) zədələnən belçikalı müdafiəçinin durumunun ciddi olduğunu deyib: "Təəssüf ki, o, yenidən zədələndi. Kompanin xidmətindən uzun müddət yararlana bilməyəcəyik"

Qeyd edək ki, V.Kompani "Nyukasl"la görüşün 11-ci dəqiqəsində zədələnib və məcburi əvəzlənib.

Xatırladaq ki, V.Kompani bundan əvvəl avqustda zədələnmişdi və yeni sağalmışdı.