İngilltərənin “Vulverhempton” klubunun transfer etdiyi futbolçuların qiyməti açıqlanıb. 

Offsideplus.az “radiotimes”ə istinadən xəbəb verir ki, ucuz qiymətə heyətinə cəlb etdiyi oyunçulardan biri Azərbaycan millisinin hücumçusu Renat Dadaşovdur. “Canavarlar” yığmamızın üzvü üçün Portuqaliyanın “Eştoril” klubuna 450 min avro ödəyib.

Komandanın ən bahalı transferi Raul Ximenesdir. Premyer Liqa təmsilçisi “Benfika”dan heyətinə qatdığı meksikalı forvard üçün 34 milyon avro ödəyib. İkinci sırada isə yarımmüdafiəçi Pedro Neto yer alıb. Klub “Latsio”dan transfer edilən futbolçu üçün 16 milyon avrodan keçib.

Qeyd edək ki, ötən il “Vulverhempton”a keçən Dadaşov əsas heyətdə debüt etməyib.