"Çelsi"nin futbolçusu Olivye Jiru UEFA-nın rəsmi saytına açıqlamasında koronavirus pandemiyası dövründə məşqlərin yenidən bərpası və karantin dönəmini necə keçirdiyi barədə danışıb..
Offsideplus.az xəbər verir ki, fransalı hücumçu hazırlıq prosesinin ona qeyri-adi gəldiyini etiraf edib: "Məşqləri mayın 19-da bərpa etmişik. Yenidən meydana qayıtmaq, komanda yoldaşlarımı görmək və sadəcə futbol oynamaq əladır. Həyatımda məhz bu çatışmırdı. 5 nəfərlik qruplarla məşq edirik. İki metrlik sosial məsafə qaydasına əməl etmək vacibdir. Bu isə o deməkdir ki, təmas qadağandır. Həftədə 2 dəfə koronavirus testindən keçirik. Paltardəyişmə otaqlarından və oradakı duşdan istifadə etmək olmaz. Maşını çirkləndirməmək üçün evə gətməzdən əvvəl paltarlarımızı dəyişməliyik. Bundan başqa, hava çox istidir. Şikayət etmirəm, amma çox tərləyirik".
Karantin müddətindəki məşğuliyyətlərindən danışan 34 yaşlı forvard sevimli məşğuliyyətinin nə olduğunu da açıqlayıb: "Vaxtımın çox hissəsini evdə uşaqlarımla keçirirdim. Onların necə böyüdüyünü görmək imkanım oldu. Mən müasir atayam. Ev işləri də görürəm. Təmizliklə məşğul olur, uşaqları çimizdirirəm. Balacanın pampersini dəyişdirməkdən xoşum gəlir. Uşaqlarla keçirilən vaxt qiymətsizdir. Hər şeydə nikbinlik axtarmaq lazımdır. Mən məhz belə biriyəm".
Qeyd edək ki, Olivye Jiru 2018-ci ildən Chelsea-də çıxış edir.