“Liverpul” klubunun yay transfer pəncərəsi dövründə heyətinə qatmaq istədiyi əsas futbolçunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, "qırmızılar" “Vulverhempton”dan Adama Traoreni transfer etmək istəyir.
Klub hücumçu üçün qarşı tərəfə 70 milyon avro təklif edəcək.
Qeyd edək ki, 24 yaşlı futbolçunun “canavarlar”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.