"Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi Aleks Ferqyusonun Jerard Pikedən nəyə görə imtina etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Runi Pikenin My karyerasının "Bolton”la oyundan sonra başa çatdığını deyib. Məhz həmin oyundan sonra Ferqyuson əmin olub ki, ispan futbolçu fiziki cəhətdən Premyer Liqaya uyğun gəlmir: "Bolton” səfəri həmişə dəhşətli olub. Onların stadionuna ayaq basanda bilməlisən ki, var gücünlə döyüşəcəksən. Yoxsa qalib gəlmək şansın yoxdur. "Bolton”la səgər oyunu Pikeni n My karyerasına son qoydu. O, həmin vaxt çox gənc idi və meydanda mübarizə əzmi tam formalaşmadığı üçün lağa qoyurdular. Məhz həmin qarşılaşmadan sonra Ferqyuson qərar gəldi ki, Pike fiziki cəhətdən Premyer Liqaya uyğun gəlmir”.
Qeyd edək ki, Pike 2004-05-ci illərdə "Mançester Yunayted"in formasını geyinib.