"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərənin II liqa klubu "Leyton Orient"in sponsoru olub.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu komandanın istifadə etdiyi 3 dəst formaya baş sponsorluq edəcək. Aşağı liqa təmsilçisi İngiltərə millisinin üzvünə forma satışından 10 faiz endirim edəcək.
Qeyd edək ki, Harri Keyn 2011-ci ili icarə əsasında "Leyton Orient"in heyətində keçirib.