“Nyukasl” klubunun Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmana satış prosesi dayandırılıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı hökuməti ilə “pirat” kanalların əməkdaşlığı ilə bağlı iddiaların ortaya çıxmasıdır.

Həmin sənədlərin artıq Premyer Liqa rəhbərliyinə təqdim edildiyi vurğulanıb. Qurum sənədlərin araşdırılması üçün “Nyukasl”ın satışını dayandırıb. Məsələ təsdiqini tapsa, Məhəmməd ibn Salman “sağsağanlar”ın səhmlərini ala bilməyəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi "Nyukasl"ın səhmlərini almaq üçün 400 milyon funt-sterlinqə yaxın xərcə düşməyə hazırdır. Premyer Liqanın yayım hüququna sahib beİN Sports kanalı və insan haqqları müdafiəçiləri rəhbərliyi bu satışı gerçəkləşdirməməyə çalışırdı.