Premyer Liqa rəhbərliyi mövsümün davamı üçün qeyri-adi təklif edib.
Offsideplus.az xəbər verir ki, dünyanın ən baxımlı çempionatı Avstraliyada başa çatdırıla bilər.
Bu barədə məlumatı "The Sun" nəşri yayıb. Xəbərə görə, agenti Geri Uilyams İngiltərə Premyer Liqasının rəhbərliyinə çempionatı Avstraliyanın Pert şəhərində başa çatdırmağı təklif edib.
Qeyd edək ki, şəhər pandemiyadan az zərər çəkib və "Yer kürəsində ən təhlükəsiz yeri" adlanır.