“Vulverhempton” klubu koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.
Offsideplus.az xəbər verir ki, səhiyyə işçilərinə 4 min tibbi maska bağışlanıb.
Qeyd edək ki, millimizin üzvü Renat Dadaşov da bu kluba məxsusdur. O, ötən il “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ ki, İngiltərə təmsilçisinin əsas komandasında debüt etməyib. Dadaşovun yenidən icarəyə verilməsi gündəmdədir.