İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo türk futbolçunun transferini istəyir.

Offsideplus.az xəbər verir ki, portuqal mütəxəssis Zeki Çeliyin heyətə qatılması üçün “Lill”in idman direktoru Luis Kampos ilə görüşəcək.
“Daily Star” qəzeti sağ cinah müdafiəçisi axtarışını davam etdirən London klubunun diqqətini Türkiyə millisinin üzvünə yönəltdiyini yazıb.
Fransa Liqa 1-də “Lill” forması ilə çıxdığı 23 oyunda 3 məshuldar ötürmə ilə yadda qalan Zeki Çelik, Çempionlar Liqasında 6 oyunda forma geyinib. 23 yaşlı sağ cinah yarımmüdafiəçisi Türkiyə millisində əsas heyət üzvüdür.