Məlum olduğu kimi bir çox Avropa ölkələrində koronavirus pandemiyasına görə bütün idman turnirləri ləğv edilib.

Offsideplus.az xəbər verir ki, Böyük Britaniyada da ən azı aprel ayının 3-nə qədər bütün turnirlər təxirə salınmışdı. Bu gün isə İngiltərə Premyer Liqası rəhbərliyi yenidən toplanıb və yeni qərar qəbul edilib. Belə ki, mövcud situasiyaya görə, Premyer Liqa və digər yarışların təxirə salınma müddəti 30 aprelə qədər uzadılıb.

Sürətlə yayılan "COVİD-19" epidemiyasının qarşısını almaq məqsədilə bu addım atılıb.