“Tottenhem” klubunun futbolçusu Yan Vertongenin mənzili qarət edilib.

Offsideplus.az xəbər verir ki, London təmsilçisinin UEFA  Çempionlar Liqasında “Leyptsiq”ə məğlub olduğu (0:3) oyun zamanı naməlum dörd şəxs Vertongenin evinə basqın edib. Hadisə zamanı müdafiəçinin həyat yoldaşı və iki uşağı evdə olub.

Qarətçilər evdə olanları bıçaq və maçete ilə təhdid edərək, pul və qiymətli əşyaları aparıblar. Polis hazırda məsələ ilə bağlı araşdırmalar aparır.