"Uotford" klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Jerar Deulofeu sıradan çıxıb. Sol cinah oyunçusunun “Liverpul”a 3:0 hesabıyla qalib gəldikləri oyunda sağ dizindən ciddi zədə aldığı və yaxın günlərdə əməliyyat olunacağı bildirilib. Bu isə 25 yaşlı futbolçunun mövsümü erkən başa vurduğu mənasına gəlir.

İspaniyalı futbolçunun bərpa müddətinin 6 ay çəkəcəyi bildirlir.