İngiltərə Premyer Liqasının son turunda "Vest Hem"i məğlub edən "Liverpul" yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, "mersesaydlılar" çempionatda ardıcıl 18 qarşılaşmada qələbə qazanmağı bacarıblar.

Qeyd edək ki, bu nəticəni daha öncə "Mançester Siti" əldə etmişdi. "Şəhərlilər" 2017-18-ci il mövsümündə 18 tur ardıcıl qələbə qazanmağı bacarmışdılar.