Hollandiya "Ayaks"ının futbolçusu Hakim Ziyeşin İngiltərənin "Çelsi" klubuna transferi edildiyi barədə xəbər vermişdik.

Offsideplus.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Mərakeşli oyunçu  iyulun 1-dən "zadəganlar"a qoşulacaq. "Çelsi" futbolçunu 40 milyon avroya transfer edib. Bonuslarla birgə bu məbləğə 4 milyon avro əlavə edilə bilər.

"Ayaks"da 2016-cı ildən çıxış edən Hakim Ziyeş cari mövsüm ərzində bütün yarışlarda 32 oyuna 8 qol vurub.