İngiltərənin "Tottenhem" futbol klubu yeni transferini açıqlayıb.

Offsideplus.az-ın klubun rəsmi saytına istinadla xəbər verir ki, London təmsilçisi Niderlandın PSV klubundan Stiven Berqveyni transfer edib.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2025-ci ilə qədər müqavilə imzalanıb. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək. Maraq üçün qeyd edək ki, 23 nömrəli formanı daha öncə "Tottenhem"i İtaliya "İnter"inə dəyişən Kristian Eriksen geyinirdi. İngilis klubu Niderland millisinin üzvü üçün qarşı tərəfə 30 milyon avro ödəyib.

Qeyd edək ki, cari mövsüm Niderland çempionatında PSV-nin heyətində 16 oyun keçirən Berqveyn 5 qol vurub və 10 məhsuldar ötürmə verib.