İngiltərənin “Nyukasl” futbol komandasının baş məşqçisi postundan ayrılan Rafael Benitesin yeni iş yeri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Çin Super Liqasında çıxış edən “Dalyan İfan”a rəhbərlik edəcək. Bu gün ictimaiyyətə təqdim edilən ispaniyalı məşqçi ilə müqavilənin detalları barədə məlumat verilmir.

Onun Çində ilinə 12 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Rafael Benites 2016-cı ilin martından “Nyukasl”a rəhbərlik edirdi. O, 2005-ci ildə “Liverpul”la Çempionlar Liqasını, 2013-cü ildə isə “Çelsi” ilə Avropa Liqasını qazanıb.