“Tottenhem”in Çempionlar Liqasının yarımfinalının “Ayaks”la ilk oyununda zədələnən futbolçusu Yan Vertongenin durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda, Vertongenin zədəsinin ciddi olmadığı bildirilib.
Belçikalı müdafiəçi bir müddət istirahət etdikdən sonra komandayla birgə məşqlərə qoşulacaq.
“Tottenhem” – “Ayaks” matçının (0:1) 39-cu dəqiqəsində hava mübarizəsində üzünə zərbə alan Vertongen, oyunu tərk etmək məcburiyyətində qalmışdı. Komandalar arasındakı cavab matçı mayın 8-də keçiriləcək.