İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində "Mançester Yunayted"lə oyunda (0:0) zədələnən "Liverpul"un hücumçusu Roberto Firminonun vəziyyətinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, topuğundan xəsarət alan braziliyalı futbolçunun zədəsinin ciddi olmadığı məlum olub. Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp məlumat verib. Almaniyalı mütəxəssis bildirib ki, forvard sabahdan etibarən məşqlərə başlaya bilər.
Onun 28-ci turda sabah "Uotford"la keçiriləcək oyunu buraxacağı dəqiqdir. Ancaq Firmino martın 3-də 29-cu turun "Everton"la qarşılaşmasında forma geyinə biləcək.