“Nyukasl” klubunun baş məşqçisi Rafael Benites vəzifəsindən ayrıla bilər.

Offsideplus.az  xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Benitesin qış transfer pəncərəsi dövründə komandada görmək istədiyi 2 futbolçu alınmazsa, mövsümün sonunda bitəcək müqaviləsini yeniləməyəcəyi bildirilir.

İspan mütəxəssis “Atletiko”dan Jelson Martinsi və “Atlanta Yunayted”dən Migel Almironun transfer edilməsini istəyir.

“Nyukasl” Premyer Liqada 23 turdan sonra 21 xalla 17-ci pillədə yer alıb.