“Arsenal”ın yay transfer pəncərəsində Xulian Alvaresi heyətinə qatmaq üçün təxminən 80 milyon funt sterlinq (92 milyon avro) ödəməsi lazım gələcək.
Offsideplus.az xəbər verir ki, “Atletiko Madrid” və Argentina millisinin hücumçusu üçün bu məbləğin transferi reallaşdırmaq üçün kifayət edəcəyi bildirilir. London klubunun rəhbərliyi futbolçunun potensialını yüksək qiymətləndirir.
Lakin yüksək maliyyət səbəbindən “topçular”ın eyni transfer dövründə Entoni Qordon üçün də hərəkətə keçməsi real görünmür. Klubun yay planlarında prioritetin Alvares olduğu vurğulanır.
Qeyd edək ki, Xulian Alvares son mövsümlərdə həm klub, həm də milli komanda səviyyəsində stabil çıxışı ilə Avropanın aparıcı klublarının diqqət mərkəzindədir.


