"Arsenal" klubu “Real Madrid”in yarımmüdafiəçisi Arda Güleri transfer siyahısına daxil edib.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi 20 yaşlı türkiyəli futbolçunun vəziyyətini yaxından izləyir.

Məlumata görə, Arda Güler Xabi Alonsonun rəhbərliyi dövründə komandanın əsas üzvlərindən biri olub. Gənc futbolçu gələcəyi ilə bağlı qərar verməzdən əvvəl “Real Madrid”də yeni baş məşqçi Alvaro Arbeloanın planlarında hansı rolu alacağını gözləyir.

Arda Gülerin İspaniyadakı gələcəyi yaxın aylarda veriləcək qərardan asılı olacaq.