Keçmiş “Mançester Yunayted” baş məşqçisi Ole Qunnar Sulşer klubun onu deyil, Maykl Karriki baş məşqçi təyin etməsinə görə məyusluğunu ifadə edib.
Offsideplus.az xəbər verir ki, Sulşer hələ də klubun əfsanəsi olduğunu hesab edir və əvvəlki uğurları — o cümlədən Çempionlar Liqasında PSJ-ni turnirdən çıxarması və 2020/21 mövsümündə Premyer Liqada ikinci yerdə qərarlaşması — daha böyük diqqətə layiq idi.



