Alvaro Karreras "Benfika"da ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı müdafiəçi ilə Avropanın 3 nəhəng klubu maraqlanır.

Söhbət "Real", "Barselona" və "Mançester Yunayted"dən gedir. Məlumatı "O Jogo" nəşri yayıb.

Mənbənin sözlərinə görə, ispaniyalını transfer etmək üçün ən şanslı namizəd Premyer Liqa klubudur. Çünki Karreras "Mançester Yunayted"dən "Benfika"ya keçib. "Qırmızı şeytanlar" futbolçunun müqaviləsində "geri ala bilmək" maddəsindən istifadə etmək istəyir.

Qeyd edək ki, futbolçunun "Benfika" ilə 2029-cu ilə qədər müqaviləsi var. Onun dəyəri 8 milyon avro olaraq qiymətləndirilir.