Portuqaliyanın "Portu" klubu futbolçusu David Karmonu satmaq istəmir.
Offsideplus.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Klub "Nitsa" və "Sevilya"dan gələn təklifləri geri çevirib.
"Portu" futbolçusu ilə yollarını ayırmaq istəmir, Karmo da cari mövsüm komandada qalmağı düşünür.