PSJ -nin sahibi Qatar Sports Investments (QSI) şirkəti Portuqaliyanın "Braqa" klubunun sahiblərindən biri olub.

Offsideplus.az xəbər verir ki, şirkət klubun səhmlərinin 21,67 faizini alıb. QSI hesab edir ki, "Braqa" maliyyə və idman artımı üçün potensiala malikdir. Yeni səhmdarlar "Braqa"nı Portuqaliyanın aparıcı klublarından birinə çevirməyi planlaşdırırlar. 

Portuqaliya klubunun prezidenti Antonio Salvador Qatar Sports Investments şirkətinin qeyri-adi təcrübəsi sayəsində "Braqa"nın öz potensialını ortaya qoyacağını düşündüyünü bildirib.

Qeyd edək ki, QSI 2011-ci ildən PSJ-nin səhmlərinə sahibdir.