"Beşiktaş" klubunun futbolçusu Serdar Saatçı "Braqa"ya transfer olunub.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Beşiktaş" bu transferə görə 1 milyon 500 min avro qazanıb. Klub 1 milyon avro bonus da ala bilər.

Qeyd edək ki, "Braqa" S.Saatçının yeni qiymtini 40 milyon avro olaraq müəyyənləşdirib.