"Braqa" fransalı futbolçusu Jan-Batist Qorbinin sözləşməsini uzadıb.

 Offsideplus.az xəbər verir ki, portuqaliya klubu 19 yaşlı futbolçu ilə müddəti 2027-ci ilə kimi nəzərdə tutulan yeni müqavilə imzalayıb.

Qeyd edək ki, Jan-Batist geridə qalan mövsümdən "Braqa"nın əsas komandasında çıxış etməyə başlayıb. O, 9 oyunda meydanda olub. Fransalı yarımmüdafiəçinin əvvəlki müqaviləsi 2024-cü ildə sona çatırdı.