Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” Portuqaliya çempionatında növbəti oyununu keçirib. 

Offsideplus.az xəbər verir ki, komanda 17-ci turda "Boavişta"a səfərinə yollanıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Dadaşov bu matçda tam meydanda olub və 71-ci dəqiqədə məhsuldar ötürməylə yadda qalıb.

Qeyd edək ki ,“Tondela” 17 turda topladığı 16 xalla 13-cü yerdədir.