Portuqaliya çempionatında 16-cı turun oyunları keçirilib

Offsideplus.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Komanda doğma meydanda “Jil Visente” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. O, 82-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Tondela” 16 turdan sonra 12 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda da bir oyunu var.