Futbol üzrə Portuqaliya çempionatında 15-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, yığma komandamızın hücumçu Renat Dadaşovun çıxış etdiyi “Tondela” evdə "Ferreyra" ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Tondela” 154 turdan sonra 12 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.