Futbol üzrə Portuqaliya çempionatında ikinci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, milli komandamızın hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Tondela" səfərdə "Vitsela" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Dadaşov da bu matçın iştirakçısı olub. 22 yaşlı forvard meydana ilk hissənin sonlarında daxil olub.

Qeyd edək ki, "Tondela" 3 xalla hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Benfika" isə 6 xalla liderdir.