"Portu" baş məşqçisi Serjio Konseysau ilə yollarına davam edəcək.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi 46 yaşlı mütəxəssislə yeni müqavilə imzalayıb. Konseysau 2024-cü ilin iyununa qədər komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Serjio Konseysau 2017-ci ildən "Portu"nun baş məşqçisidir.