"Portu" baş məşqçisi Serjio Konseysau ilə yollarına davam edəcək.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi  46 yaşlı mütəxəssislə yeni müqavilə imzalayıb. Konseysau 2024-cü ilin iyununa qədər komandaya rəhbərlik edəcək. 

Qeyd edək ki, Serjio Konseysau 2017-ci ildən "Portu"nun baş məşqçisidir.