"Yuventus"u Çempionlar Liqasındakı mübarizədən kənarlaşdıran "Portu"nun əməkdaşı səs-küylü paylaşımla diqqət çəkib.
Offsideplus.az "Record"a istinadla xəbər verir ki, məlum uğurdan sonra "Portu"da azarkeşlərlə əlaqələndirici vəzifəsini yerinə yetirən, həmçinin "Draqau"da ("Portu"nun ev oyunlarını keçirdiyi stadion - red.) diktorluq edən Fernando Saul sosial şəbəkə hesablarındakı paylaşımlarda bu sözləri yazıb: "Biz italyan oğrulardan və Ronaldo kimi donuzun "Draqau"da etdiklərinin intiqamını aldıq. Nə gözəl hisslərdir! Bu, "Portu"dur. Doloresdən (Ronaldonun anası - red.) və dişsiz ailəsindən maraqlı video gözləyirəm".
Qeyd edək ki, Kriştiano "Portu"nun çempionatdakı əzəli rəqibi olan "Sportinq"in yetirməsidir.
Şəkildəki Fernando Sauldur.