Bir müddətdir zədəli olan Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin meydanlara nə vaxt qayıdacağı məlum olub.

28 yaşlı futbolçu bu barədə Offsideplus.az saytına açıqlama verib:

"Yanvarında 18-nə qədər hazır olmalıyam. Ağrım olmasa, meydanda olacağam. Ən pis halda bu tarixdən iki həftə sonra tam hazır vəziyyətə gələcəyəm".

Qeyd edək ki, M. Emreli bu ilin yayından etibarən "Kayzerslautern"də çıxış edir. Bundesliqa 2-də hazırda qış fasiləsidir. "Qırmızı şeytanlar"ın növbəti oyunu yanvarın 18-nə təsadüf edəcək.