“Gəncə stadionunda ot örtüyünün qurulması prosesi plana uyğun olaraq aparılır”.
Bu barədə Offsideplus.az saytına açıqlamasında Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev məlumat verib.
O, stadionda işlərin plan üzrə davam etdiyini bildirib: “Hazırda drenaj və isitmə xətlərinin çəkilməsi, çınqıl-qum qarışığı ilə bərkitmə və digər işlərin icrası davam etdirirlir. Meydançada hibrid ot örtüyü sistemi tətbiq edilməsi nəzərdə tutulur. Ot örtüyünün yüksək keyfiyyətdə, ideal səviyyədə olması üçün əkilmə ən uyğun mövsümdə olmalıdı. Qış aylarında hava şəraiti isti olmadığından ot zəif inkişaf edir. Bu səbəbdən ot örtüyünün möhkəmlənməsi və istifadəyə verilməsi aprel-may aylarına təsadüf edəcək”.



