Bu günlərdə əsas gündəm mövzularından biri Azərbaycan yığmasının üzvü Mahir Emrelinin "Kayzerslautern"dən ayrılıb-ayrılmayacağıdır.

O, ardıcıl 7 oyundur "qırmızı şeytanlar"ın heyətinə daxil edilmir.

Mahir bu barədə Offsideplus.az saytına açıqlamasında hazırda komandasında ayrılmaq fikrinin olmadığını bildirib. 

Qeyd edək ki, 28 yaşlı hücumçu bu ilin yayında "Kayzerslautern"ə qoşulub. O, burada 4 oyuna çıxıb və 1 qol vurub.

Azərbaycan yığmasının üzvünün Almaniya klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.