Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədovanın Offsideplus.az-a müsahibəsini təqdim edirik:

- Hazırda "Fomget" klubunda çıxış edirsiz, əks cinsdən olan həmkarlarınız legioner həyatı yaşamaqda çətinliklər çəkir, sizdə bu amil problem yaratmır?
 
- Xeyr, hər şey qaydasındadır. 18 yaşımdan legioner həyatı yaşayıram, artıq öyrəşmişəm. Bundan öncə Qazaxıstan, Rusiya kimi ölkələrdə oynamışam. Türkiyədə bundan öncə "ALG" və "Çaykurzespor" klublarında çıxış etmişəm. Bir növ ölkəmi xaricdə təmsil etməkdən qürur duyuram, eyni zamanda ən yaxşısını etməyə çalışıram. Düşürəm ki, öhdəsinə gəlirəm.
 
Uzun illərdir milli komandanının formasını geyinirsiz...
 
- Bəli, 7 ildir millininin şərəfini qoruyuram, bu forma ilə çıxış etmək məsuliyyət tələb edir, amma komanda şəkilində öhdəsindən gəlməyə çalışırıq.
 
 1668583907 mg 20221017 wa0060
- Millininin son oyunları haqda nə deyə bilərsiniz?
 
- Nəticə göz önündədir, əsas əzm və istək idi, fikrimcə bu yöndə hər şey yolunda getdi. Biz indi inkişaf edirik, heç bir rəqibdən çəkinmirik. Var gücümüz yaxşı nəticə qazanmağa çalışırıq. İnşallah, gələcəkdə bu göstərici daha yaxşı olacaq.
 
 - Gələcək hədəfləriniz nələrdir?
 
- 22 yaşım var, futbol üçün unikal yaş dövrüdür. Əsas hədəfim ABŞ-da futbolçu həyatı yaşamaqdır. Buna görə maksimum çalışıram, üzərimdə işləyirəm. Düşünmürəm ki, orda ölkəmi təmsil etsəm daha faydalı olaram. Mənim digər komandalar yoldaşların da legioner həyatı yaşayır, onlara uğurlar arzulayıram. Bundan başqa bir istəyim də var ki, Azərbaycanda balaca qızların futbola marağı çoxalsın, futbol oynasınlar, məqsədlərinə doğru getsinlər. Qarşıda olan maneələrdən qorxmasınlar, çəkinməsinlər. Hər kəsə uğurlar arzulayıram.
 
Offsideplus.az