Azərbaycan millisinin sabiq futbolçusu və Avstriyanın "ATSV Stadl- Paura" klubuna keçən Amit Quluzadənin Offsideplus.az saytına müsahibəsi...
- Uzun müddət klubsuz qaldıqdan sonra Avstriyaya yollandın. Bu haqda nə deyə bilərsən?
- Dediyiniz kimi, uzun müddət futbolsuz qaldım. Amma bu zaman ərzində bir sıra klublarla danışıqlar aparırdım.
- Danışıq apardığın klublar yerli idi, yoxsa xarici?
- Hamısı xarici idi.
- Bu müddət ərzində heç bir yerli klub sənə təklif göndərməyib?
- 2 yerli klubla danışığ aparırdım. Amma bəzi səbəblərə görə alınmadı.
- Səbəb maliyyə idi?
- İnşallah, vaxtı gələndə bu barədə danışacam.
- Bəs xaricdən olan təkliflər hansı ölkələrdən idi?
- Makedoniya, Yunanıstan və Slovakiya klubları mənimlə danışıqlar aparırdı. Təəssüf ki, qismət olmadı. Daha sonra Asiyada bir komandayla anlaşmışdım. Hətta ora getməmişdən müqaviləyə də qol çəkmişdim. 2 gün əvvəl isə Avstriya variantı çıxdı. Mən də razılaşdım.
- Hansı Asiya ölkəsiydi?
- Ad çəksəm, düzgün olmaz. Onlar məni FİFA-ya şikayət edə bilərdi.Amma mənim fikrimə hörmətlə yanaşdılar. Avropada oynamaq istəyirdim, buna görə də Asiyaya getməkdən imtina etdim.
Cavid Əliyev